Lukaşenko BMT-nin baş katibi ola biləcək şəxsin adını çəkdi

Lukaşenko BMT-nin baş katibi ola biləcək şəxsin adını çəkdi backend

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatındakı (BMT) bu "bataqlığı" hərəkətə gətirmək üçün təşkilatın baş katibi olmalıdır.

Qaziler.az bildirir ki, belə bir fikirlə Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyinə dair Minsk konfransında çıxış edib. Dövlət başçısının çıxışını əks etdirən video "Pul Pervoqo" "Telegram" kanalında yayımlanıb.

"Onu Birləşmiş Millətlər Təşkilatına rəhbər qoymaq lazımdır, o, oradakı bataqlığı tez bir zamanda hərəkətə gətirər və bizə çoxlu təşəbbüslər təqdim edər", – deyə Belarus lideri bildirib. O, həmçinin ABŞ-da keçirilən seçkilərdə Trampı dəstəklədiyini də əlavə edib.

Xatırladaq ki, oktyabrın 26-da "The Wall Street Journal" qəzeti ABŞ administrasiyasının Macarıstanın keçmiş baş naziri Viktor Orbanı BMT-nin baş katibi vəzifəsinə uyğun namizəd hesab etdiyini yazmışdı. Nəşrin mənbələrinin bildirdiyinə görə, Macarıstan hökumətinin eks-rəhbəri "düzgün ideologiyaya" malikdir və düşmən mühitdə rəhbərlik etmək bacarığına sahibdir.

Öz növbəsində, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də bu posta öz namizədini – dövlət naziri Lana Zaki Nuseybanı təklif edib.

QAZİLER.AZ