Evlilik üçün Türkiyəyə gələn rusiyalı qadın islamı qəbul etdi

Evlilik üçün Türkiyəyə gələn rusiyalı qadın islamı qəbul etdi backend

Türkiyənin Aydın vilayətinin Qoçarlı rayonuna ailə qurmaq məqsədilə gələn Rusiya vətəndaşı Yelena Dyaçenko, apardığı araşdırmalardan sonra İslam dinini qəbul edərək müsəlman olub və "Əminə" adını götürüb.

Qaziler.az bildirir ki, bu barədə TRT-haber məlumat yayıb.

Qoçarlı rayonunda qaynaqçı işləyən İbrahim Girginlə sosial şəbəkə vasitəsilə tanış olan Elena Dyaçenko, evlənmək məqsədilə Türkiyəyə gəlib. Burada İslam dinini dərindən araşdıran Dyaçenko, müsəlman olmaq qərarına gəlib.

İ.Girginlə birlikdə Rayon Müftiliyinə müraciət edən Dyaçenko üçün "İhtida" (İslamı qəbul etmə) mərasimi təşkil olunub.

Rayon müftisi Kazım Ünsalın iştirak etdiyi mərasimdə, müqəddəs Quran-i Kərim oxunduqdan sonra rusiyalı qadına İslam dininin əsasları barədə geniş məlumat verilib. Quran oxunduğu əsnada E.Dyaçenkonun göz yaşlarını saxlaya bilmədiyi diqqət çəkib.

Şahidlərin hüzurunda Kəlmeyi-şəhadət gətirərək müsəlman olan qadına "Əminə" adı verilib.

Mərasimin sonunda Əminəyə (Yelena) "İhtida sənədi" təqdim olunub, həmçinin Quran-i Kərim və müxtəlif dini nəşrlər hədiyyə edilib.

QAZİLER.AZ