Ukrayna atəşkəsin uzadılmasını təklif etdi, Rusiya isə kütləvi zərbə ilə cavab verdi - Zelenski

Ukrayna atəşkəsin uzadılmasını təklif etdi, Rusiya isə kütləvi zərbə ilə cavab verdi - Zelenski backend

Ukrayna Oleşkidəki humanitar missiyadan sonra Rusiyaya sakitlik rejiminin uzadılması və əhatə dairəsinin genişləndirilməsi təklifi ilə müraciət edib. Lakin bunun əvəzində Kamışevaxada qanlı terror və ölkə miqyasında kütləvi zərbə alıb.

Qaziler.az bildirir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Prezidenti Volodimir Zelenskinin Berlində Almaniyanın Federal Kansleri Fridrix Merts ilə görüşü zamanı verdiyi bəyanata istinadən məlumat verib.

Zelenski rusiyalıların hər gün Ukraynanın energetika obyektlərinə, şəhər və kəndlərinə hücumlar təşkil etdiyini vurğulayıb.

"Bu gecə növbəti kütləvi zərbə endirildi, qanadlı raketlər, balistik raketlər və yüzlərlə dron istifadə olundu", — deyə dövlət başçısı dəqiqləşdirib.

Prezident artıq iki gündür ki, Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsində xilasetmə əməliyyatının davam etdiyini xatırladıb. İşğalçılar bu qəsəbəyə bir neçə aviasiya bombası ilə zərbə endiriblər.

"Təkcə bir zərbə nəticəsində 33 nəfər həlak olub, 5 nəfəri xilas etmək mümkün olub, 50-dən çox insanın isə hələ də dağıntılar altında qala biləcəyi ehtimal olunur. Dəhşətli zərbədir, bu müharibədə Rusiyanın törətdiyi ən böyük qətliamlardan biridir", — deyə Zelenski bildiriub.

QAZİLER.AZ