Səhvən öldüyü zənn edilən şəxsin sağ olduğu məlum olub

Səhvən öldüyü zənn edilən şəxsin sağ olduğu məlum olub backend

Arxangelsk şəhərində səhvən öldüyü güman edilərək morqa göndərilən kişinin sağ olduğu ortaya çıxıb.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 2-də "29.RU" portalı məlumat yayıb.

"Voloseviç adına Birinci Şəhər Klinik Xəstəxanasının morquna gətirilən pasiyentin sağ olduğu məlum olub. Kişi səhvən ölmüş elan edilərək patoloji anatomatomiya şöbəsinə göndərilib", — deyə nəşrin məlumatında bildirilir.

Hadisə ilə bağlı fərqli versiyalar səsləndirilir. Bir versiyaya görə, təcili tibbi yardım briqadası onu birbaşa evindən morqa gətirib və həyat əlamətlərini elə orada tibb işçiləri hiss ediblər. Digər ehtimala görə isə, o, həmin xəstəxananın şöbələrindən birinin pasiyenti olub və ürəyi dayandıqdan sonra patoloji anatomiya şöbəsinə aparılıb, burada onun sağ olduğu müəyyən edilib.

QAZİLER.AZ