Finlandiya müdafiə və təhlükəsizlik sahəsinə investisiya yatırmalı, eləcə də mümkün böhranlara hazırlaşmalıdır.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ölkə prezidenti Aleksandr Stubb Rusiyanın dövlət başçısı Vladimir Putinlə apardığı telefon danışığından sonra bəyanat verib.
"Yle" teleradioşirkətinin məlumatına görə, ölkə rəhbəri dövlətin qeyri-müəyyənlik şəraitində yaşamağı öyrənməli olduğunu vurğulayıb.
Stubb qeyd edib ki, artan hibrid təhdidlər və beynəlxalq gərginlik səbəbindən Avropada vəziyyət getdikcə mürəkkəbləşir. O, Rusiyanı Avropa dövlətlərinin Ukrayna ilə bağlı mövqeyinə təsir göstərməyə cəhd etməkdə təqsirləndirib və bildirib ki, bu addımlar Finlandiyadan müdafiə imkanlarını daha da gücləndirməyi tələb edir.
Finlandiya prezidenti, həmçinin Putinlə son telefon danışığının çəkindirmə və strateji sabitliyin qorunması siyasətinin bir hissəsi olduğunu diqqətə çatdırıb. O, Norveçin baş naziri Yonas Qar Störe ilə birlikdə qəsdən qətiyyətli, lakin təxribat xarakteri daşımayan bir ton seçdiklərini ifadə edib.
QAZİLER.AZ

