Rusiya ordusu sutka ərzində 2,5 min hərbçi itirərək antirekorda imza atıb – Ukraynanın Baş Qərargah

Rusiya ordusu sutka ərzində 2,5 min hərbçi itirərək antirekorda imza atıb – Ukraynanın Baş Qərargah backend

Rusiya ordusu noyabrın 1-də bir sutka ərzində 2500 hərbçisini itirib. Bu rəqəm Rusiyanın Ukraynada genişmiqyaslı işğala başladığı gündən bəri düşmənin bir sutkalıq itkiləri üzrə qeydə alınan ən yüksək göstəricidir.

Qaziler.az bildirir ki, bu barədə "RБК-Украина" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Ukrayna hərbi komandanlığının hesablamalarına görə, bir sutka ərzində Müdafiə Qüvvələri 2500 rusiyalı işğalçını zərərsizləşdirib. Beləliklə, Rusiya ordusu orta hesabla hər 35 sekunddən bir bir hərbçi itirib. Bir saat ərzində isə bu göstərici yüz nəfəri ötüb.

Sutkalıq itkilər üzrə əvvəlki rekord bu yaxınlarda – 2026-cı il oktyabrın 21-də qeydə alınmışdı. Həmin vaxt Rusiya ordusu 2250 hərbçi itirmişdi.

O vaxta qədər isə təxminən iki il ərzində ən yüksək sutkalıq göstərici 2024-cü il dekabrın 19-na – Rusiya qoşunlarının 2200 nəfər itirdiyi günə aid idi.

QAZİLER.AZ