Rusiyada zəlzələ olub

Rusiyada zəlzələ olub backend

Kuril adalarında zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat verib.

​Qaziler.az yerli mətbuata istinadən bildirir ki, yeraltı təkanlar noyabrın 2-si, bazar ertəsi günü yerli vaxtla saat 13:45-də (Bakı vaxtı ilə 08:45) qeydə alınıb. Maqnitudası 4,6 bal olan bu təkanlar seysmoloqlar tərəfindən hiss olunan və episentr zonasında cüzi dağıntılara səbəb ola biləcək zəlzələ kimi qiymətləndirilir.

​Təbii hadisənin episentri təxminən 1600 nəfər əhalisi olan Kurilsk şəhərindən 202 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb. Rusiyanın sözügedən regionunda tələfat və ya dağıntılar barədə hələlik hər hansı məlumat daxil olmayıb.