II Qareginə və yepiskoplara qarşı cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb

II Qareginə və yepiskoplara qarşı cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb backend

Bütün ermənilərin katolikosu və altı yepiskopa qarşı 30 oktyabr 2026-cı il tarixinə təyin olunmuş cinayət məhkəməsinin iclası təxirə salınıb.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bu barədə vəkil Ara Zöhrabyan məlumat verib.

Onun sözlərinə görə, iclas 6 noyabr saat 11:00-a təyin edilib və Eçmiədzin məhkəmə binasında keçiriləcək.

Xatırladaq ki, II Qareginlə birlikdə Erməni Apostol Kilsəsinin altı üzvü də hakim qarşısına çıxacaq. Bu Ermənistan və Erməni Kilsəsi tarixində ilk belə hadisədir.

Qeyd edək ki, bu ilin fevral ayında Ermənistan Baş Prokurorluğu II Qareginə qarşı cinayət işi açıb. Onun ölkədən çıxışı qadağan edilib.

QAZİLER.AZ