Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts də daxil olmaqla, istənilən xarici liderlə telefon danışığı aparmağa hazırdır, lakin hələlik onlardan zəng daxil olmayıb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 30-da Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyanat verib.
"O, dəstəyi qaldıracaq. Putin hamı ilə dialoqa açıqdır", — deyə Rusiya liderinin mətbuat katibinin sözlərindən "Yunaşev Live" "Telegram" kanalı sitat gətirib.
Jurnalistin bu sualı Rusiya liderinin Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə apardığı danışıqlardan sonra ünvanlanıb.
QAZİLER.AZ

