Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İŞİD-ə qarşı əməliyyat keçirib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.
Məlumata görə, Əfqanıstan-Pakistan bölgəsində keçirilən əməliyyatda İŞİD terror təşkilatının sözdə Xorasan əyalətində fəaliyyət göstərən "Abdullah" kod adlı Uğur Bahadırı tutularaq Türkiyəyə gətirilib.
Əməliyyatda yaxalanaraq Türkiyəyə gətirilən terrorçu Bahadır ilkin ifadəsində "təşkilatın Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə köçürülməsini idarə edən Əbu Yasir Əl Türki kod adlı terrorçu Özgür Altun ilə əlaqəsi, İŞİD terror təşkilatı daxilində aldığı təlim, İŞİD terror təşkilatı adından ona verilən tapşırıqlar və İŞİD terror təşkilatının Əfqanıstan-Pakistan bölgəsində həyata keçirdiyi təşkilati fəaliyyətlər" barədə məlumat verib.
Terrorçu Bahadırı təşkilata yönləndirən türk əsilli şəxsin 2025-ci ilin əvvəllərində həbs edilən Əbu Yasir Əl Türki kod adlı Özgür Altun olduğu və Altunun təşkilat üzvlərinin Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə köçürülməsində fəal rol oynadığı müəyyən edilib.
QAZİLER.AZ

