Ukrayna Silahlı Qüvvələrinin Leninqrad vilayətinə hücumu nəticəsində ölənlərin sayı artdı

Ukrayna Silahlı Qüvvələrinin Leninqrad vilayətinə hücumu nəticəsində ölənlərin sayı artdı backend

Ukrayna Silahlı Qüvvələrinin Leninqrad vilayətinə kütləvi hücumu nəticəsində ölənlərin sayı artıb

Qaziler.az bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Leninqrad vilayətinə reallaşdırdığı kütləvi hücum nəticəsində həyatını itirənlərin sayı artıb.

Yaralılardan birinin xəstəxanada vəfat etməsi barədə TASS agentliyi məlumat yayıb. 

İlkin məlumatlarda hücum nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilirdi.

Agentliyin xəbərinə görə, hücumdan sonra xəstəxanaya yerləşdirilən kişilərdən birinə bədənin ağır dərəcəli yanıqları diaqnozu qoyulub, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

"Xəsarətlər həyatla bir araya sığmayıb", — deyə nəşrin rəsmi mənbəsi faktı təsdiqləyib.

QAZİLER.AZ