"Pəncərədən girib" - Rusiyada ayı şəxsi evi dağıtdı

"Pəncərədən girib" - Rusiyada ayı şəxsi evi dağıtdı backend

Oktyabrın 29-na keçən gecə Rusiyanın Sverdlovsk vilayətinin İvdel şəhərinin Krasnı Oktyabr rayonunda ayı fərdi yaşayış evinə girərək böyük dağıntı törədib.

Qaziler.az bildirir ki, bu barədə e1.ru xəbər verir.

Qeyd edək ki, bir neçə gün əvvəl məhz bu ərazidə digər bir yırtıcı donuzları parçalamışdı. Bu barədə "E1.RU" portalına yerli sakinlər məlumat verib.

"Ayı evə pəncərədən girib. Videoda televizorun yerə düşdüyü, soyuducunun isə sındırılaraq dağıdıldığı aydın görünür. Mən taksi fəaliyyəti ilə məşğul oluram, indi evdən çıxanda əvvəlcə darvazadan boylanıb ətrafa baxıram, yalnız ondan sonra çölə çıxıram", — deyə zərərçəkənlərin qonşusu bildirib.

Hadisəni Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelıx da təsdiqləyib. O, "E1.RU" portalına açıqlamasında İvdel rayonunda qeydə alınan növbəti ayı hadisəsi ilə bağlı xəbərlərin həqiqəti əks etdirdiyini bildirib.

QAZİLER.AZ