Anadolunun zirvələrində müstəqilliyin izləri: GÖKTÜRK-1-dən görüntülər

Anadolunun zirvələrində müstəqilliyin izləri: GÖKTÜRK-1-dən görüntülər backend

Türkiyə Milli Müdafiə Nazirliyi Cümhuriyyətin 103-cü ildönümünü qeyd etmək üçün GÖKTÜRK-1 peyki tərəfindən çəkilmiş Anadolunun görüntülərini paylaşıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Mersindəki Mutdan Kahramanmaraşa qədər uzanan dağlardakı Türkiyə bayraqları, Harputdakı aypara və ulduz gerbi və Keşiş dağındakı Atatürkün portreti kosmosdan çəkilib.

Nazirliyin paylaşımında Mersinin Mut rayonundan Kahramanmaraşa qədər uzanan dağları bəzəyən Türkiyə bayraqlarının şəkilləri, eləcə də Elazığın tarixi Harput bölgəsində aypara və ulduz simvollarının birləşdirildiyi bir mənzərə yer alıb.

Keşiş dağında yerləşən Qazi Mustafa Kamal Atatürkün nəhəng portreti və imzası da peyk görüntülərinə daxil edilib.

Türkiyə Milli Müdafiə Nazirliyi görüntülərlə birlikdə yayımladığı mesajda Cümhuriyyətin Anadolunun hər guşəsində, müstəqillik ruhunun hər zirvəsində və Atatürkün izlərinin torpağın hər qarışında olduğunu vurğulayıb.

QAZİLER.AZ