Ermənistanda Meğri dəmir yolu ilə bağlı cinayət işi açılıb

Ermənistanda Meğri dəmir yolu ilə bağlı cinayət işi açılıb backend

Meğri dəmir yolu xəttinə, xüsusən də relslərə aid cinayət işi mövcuddur.

Qaziler.az news.am-a istinadən bildirir ki, bu barədə Ermənistan parlamentində keçirilən hökumət saatı zamanı ölkənin Baş naziri Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, cinayət işi birbaşa dəmir yolu relsləri ilə bağlıdır, lakin Baş nazir məsələnin digər təfərrüatlarını açıqlamayıb.

Paşinyan həmçinin əlavə edib ki, aidiyyəti həmkarlarından cinayət işinin təfərrüatlarını ona təqdim etmələrini xahiş edib.

Hökumət başçısı rəsmi cavab aldıqdan sonra bu mövzuya daha ətraflı toxunacağını diqqətə çatdırıb.

QAZİLER.AZ