Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunda sosial media hesabında qalmaqallı paylaşımlar etdiyi müəyyən edilən müəllim barəsində hüquqi tədbirlər görülüb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Qazi Mustafa Kamal Atatürkə və Türk bayrağına qarşı təhqiramiz ifadələr işlədən müəllim həm cəmiyyətin böyük etirazı ilə qarşılaşıb, həm də cəzalandırılıb.
Vilayət valiliyinin rəsmi bəyanatından dərhal sonra hərəkətə keçən hüquq-mühafizə orqanlarının əməkdaşları, vəzifəsindən uzaqlaşdırılan müəllimi nəzarətə götürüblər.
Balıkesir valiliyindən verilən açıqlamada bildirilib ki, Edremit rayonundakı məktəblərdən birində fəaliyyət göstərən müəllimin sosial şəbəkə hesabında Türk bayrağına və Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkə qarşı təhqir tərkibli, qəbuledilməz paylaşımlar etdiyi aşkarlanıb.
Açıqlamada həmçinin qeyd olunub ki, Edremit Rayon İcra Hakimiyyəti (Kaymakamlık) tərəfindən dərhal işdən uzaqlaşdırılma qərarı verilən həmin şəxs polis tərəfindən gözaltına alınıb.
QAZİLER.AZ

