Rusiya Silahlı Qüvvələri Xarkov və Sumı vilayətində yaşayış məntəqəsini ələ keçirib

Rusiya Silahlı Qüvvələri Xarkov və Sumı vilayətində yaşayış məntəqəsini ələ keçirib backend

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Alisovka və Sumı vilayətinin Barilovka yaşayış məntəqələrini nəzarətə götürüb.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 28-ben Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir.

"Rusiya Silahlı Qüvvələrinin "Şimal" qoşun qruplaşmasının bölmələri aktiv hərbi əməliyyatlar nəticəsində Xarkov vilayətinin Alisovka və Sumı vilayətinin Barilovka yaşayış məntəqələrini tutub", — deyə bəyanatda qeyd olunub.

Nazirliyin dəqiqləşdirdiyi məlumata görə, Rusiya hərbçiləri Xarkov vilayətinin İzbitskoye, Starı Saltov, Rubejnoye və Buqayevka kəndləri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin (USQ) iki mexanikləşdirilmiş və bir motopiyada briqadasının, həmçinin hücum alayının canlı qüvvəsinə və hərbi texnikasına zərbələr endirib.

Sumı vilayətində isə Lujki və Suxodol yaşayış məntəqələri yaxınlığında Ukrayna mexanikləşdirilmiş briqadası və ərazi müdafiə briqadasının birləşmələri hədəfə alınıb.

Məlumatda vurğulanır ki, bu istiqamətdə Ukrayna tərəfi 195-dən çox hərbçi və 6 hərbi avtomobil itirib.

QAZİLER.AZ