"Türk Yıldızları" Ankarada məşq və bayram uçuşları keçirəcək

"Türk Yıldızları" Ankarada məşq və bayram uçuşları keçirəcək backend

Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatika qrupu "Türk Yıldızları" 29 Oktyabr Respublika Günü tədbirləri və Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində Ankara səmalarında məşq və rəsmi nümayiş uçuşları icra edəcək.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Ankara Valiliyindən verilən məlumata görə, "Türk Yıldızları" bu gün saat 12:30–13:00 aralığında Anıtqəbir və Prezident Kompleksi (Cumhurbaşkanlığı Külliyesi) üzərində hazırlıq uçuşları keçirəcək.

Aviasiya qrupu oktyabrın 29-da saat 15:45–16:00 radələrində Prezident Kompleksi üzərində rəsmi bayram uçuşu reallaşdıracaq.

"Türk Yıldızları" eyni gündə, saat 17:30–17:45 radələrində isə Anıtqəbir üzərində ehtiram uçuşu nümayiş etdirəcək.

QAZİLER.AZ