Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iki yeni atom elektrik stansiyasının (AES), o cümlədən "Balxaş" AES-nin inşasına artıq 2027-ci ildə başlamaq təşəbbüsü ilə çıxış edib.
Qaziler.az-ın "Sputnik Qazaxıstan" agentliyinə istinadən məlumatına görə, dövlət başçısı bu barədə oktyabrın 28-də keçirilən iclasda deyb.
"Bundan əlavə, "Moyınku"' AES-nin tikintisinə başlanılmasını sürətləndirmək üçün hərtərəfli əməkdaşlıq sazişinin imzalanması zəruridir", — deyə Tokayev vurğulayıb.
Qazaxıstan lideri həmçinin atom elektrik stansiyalarının 100 il ərzində fasiləsiz işləməsini təmin edəcək strateji uran ehtiyatının yaradılması imkanlarını dilə gətirib.
Bununla yanaşı, Tokayev yüksək texnologiyalı istehsalatların təşkilinə Rusiya və Çin şirkətlərinin cəlb edilməsi məsələsinin araşdırılmasını tapşırıb. Layihə çərçivəsində qazaxıstanlı mütəxəssislərin hazırlanmasında da xarici tərəfdaşların iştirakı nəzərdə tutulur.
QAZİLER.AZ

