Rusiyalı xokkey çempionu turnir zamanı vəfat edib

Rusiyalı xokkey çempionu turnir zamanı vəfat edib backend

Rusiyanın ikiqat çempionu Sergey Konakov 59 yaşında vəfat edib

Bendi (toplu xokkey) üzrə ikiqat Rusiya çempionu Sergey Konakov 59 yaşında dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Moskva Vilayəti Bendi Federasiyasının prezidenti Vyaçeslav Mankosun sözlərinə görə, ölümə səbəb Podmoskovyedə keçirilən veteranların turnirindəki oyundan sonra ürəyin dayanması olub. "Böyük ehtimalla infarkt olub. Həkimlər müdaxilə etdilər, ürəyini yenidən işə saldılar, lakin nəticədə onu xilas edə bilmədilər", — deyə o bildirib.

Konakov Arxangelskin "Vodnik" komandasının heyətində 1997/98 və 1998/99 mövsümlərində iki dəfə Rusiya çempionu adını qazanıb. O, həmçinin 1999-cu ildə Rusiya Kubokunun, 1997-ci ildə isə Avropa Çempionları Kubokunun finalına qədər yüksəlib.

Moskva "Dinamo"sunun heyətində çıxış edərkən Konakov 1996/97 mövsümündə Rusiya çempionatının ən yaxşı bombardiri olub. 1986-cı ildə isə SSRİ-nin gənclərdən ibarət yığma komandasının tərkibində dünya çempionluğunu bayram edib. Peşəkar karyerasını başa vurduqdan sonra idmançı veteranlar arası turnirlərdə iştirak edir və məşqçi kimi fəaliyyət göstərirdi.

QAZİLER.AZ