Zelenski: "Ukraynanın cəbhədəki mövqeyi uzun müddətdir ki, ən güclü səviyyədədir"

Zelenski: "Ukraynanın cəbhədəki mövqeyi uzun müddətdir ki, ən güclü səviyyədədir" backend

Ukraynanın cəbhədəki mövqeləri genişmiqyaslı müharibənin uzun dövrü ərzində ən güclü səviyyədədir. Tərəfdaşların dəstəyi də güclü olaraq qalsaydı, bu mövqelər daha da yaxşı ola bilərdi.

Qaziler.az bildirir ki, "RBK-Ukrayna"nın məlumatına görə, bu barədə ölkə prezidenti Volodimir Zelenski bəyanatla çıxış edib.

"Qeyd etmək vacibdir ki, bu il Ukraynanın cəbhədəki mövqeyi bu müharibənin uzun dövrü ərzində ən güclü səviyyədə qalmaqdadır", — deyə dövlət başçısı vurğulayıb.

Prezident həmçinin əlavə edib ki, tərəfdaşlar tərəfindən Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemlərinə lazımi köməklik göstərilsəydi, ölkəsi hazırda daha yaxşı mövqedə qərarlaşardı.

QAZİLER.AZ