Qazaxıstanın Şimkent şəhərindən olan məşqçi özəl komandalar arasında keçirilən Qazaxıstan Qadın Voleybol Çempionatında oyun zamanı oyunçunu vurub. Turnir Pavlodarda keçirilir.
Qaziler.az "Tengri Sport"a istinadən xəbər verir ki, regional polis idarəsi vəziyyətlə bağlı şərh verib.
Sosial mediada yerləşdirilən videolara görə, hadisə oktyabrın 26-da baş verib.
Görüntülərdə məşqçinin 9 nömrəli komanda yoldaşından kənara çıxmasını istədiyi və sonra onun başına zərbə endirdiyi görünür.
Pavlodar vilayəti polisinin mətbuat xidmətinin məlumatına görə, Şımkentdən olan özəl voleybol komandasının məşqçisi H.M. saxlanılıb.
Məşqçinin hərəkətlərinə ölkə qanunvericiliyinə uyğun olaraq hüquqi qiymət veriləcəyi bildirilib.
QAZİLER.AZ

