Özbəkistan nəhayət ki, smartfonla ödənişə keçdi

Özbəkistan nəhayət ki, smartfonla ödənişə keçdi backend

Özbəkistanda "Apple Pay" və "Google Pay" təmassız ödəniş xidmətləri istifadəyə verilib.

Qaziler.az "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə çərşənbə axşamı respublika prezidenti administrasiyasının rəhbəri Səidə Mirziyoyeva məlumat yayıb.

"Xoş xəbəri bölüşməkdən şadam: bu gün Özbəkistanda nəhayət ki, “Apple Pay” və “Google Pay” fəaliyyətə başladı", – deyə Mirziyoyeva öz teleqram kanalında yazıb.

Bu xidmətlər fiziki bank kartlarından istifadə etmədən, smartfonlar və ağıllı saatlar vasitəsilə alış-verişlərin ödənişini həyata keçirməyə imkan verir.

Daha əvvəl "Google Cloud" nümayəndəsi Martsin Krasuski Səmərqənddə rəqəmsal texnologiyalara həsr olunmuş tədbirdə "Google Pay"in Özbəkistanda fəaliyyətə başlayacağını elan etmişdi. Həmin tədbir Mərkəzi Asiya ölkələri və ABŞ-nin "C5+1" formatındakı görüşləri çərçivəsində baş tutub.

QAZİLER.AZ