Dünən Tehranda Məkkə Sazişini imzalayan ölkələrin nümayəndələri və İran rəsmiləri arasında keçirilən dördtərəfli görüşdən əvvəl zalda dinləmə cihazı tapılıb.
Qaziler.az xəbər verir ki, bununla bağlı, pakistanlı jurnalist Qaridə Faruqi “X” hesabında paylaşım edərək yazıb.
“Mənbələrin məlumatına görə, Tehranda keçirilən dördtərəfli görüş başlamazdan öncə protokola uyğun olaraq zalda təhlükəsizlik yoxlaması aparılıb. Pakistan və Türkiyə kəşfiyyat qruplarının həyata keçirdiyi yoxlama zamanı şübhəli səsyazma cihazı və naməlum texniki qurğu aşkar edilib. Dinləmə cihazı zaldan çıxarılıb. Daha sonra zalda tam təhlükəsizlik təmin olunub və dördtərəfli görüş başlayıb”, - paylaşımda qeyd olunub.
QAZİLER.AZ

