İran Prezidenti Məsud Pezeşkian Qaz İxrac Edən Ölkələrin Forumunun sammitində iştirak etmək üçün Moskvaya gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə İran Prezidentinin administrasiyası öz rəsmi saytında məlumat yayıb.
"Bu səfər zamanı sammitdə iştirak və çıxış etməklə yanaşı, prezident Rusiya Prezidenti və bəzi iştirakçı ölkələrin liderləri ilə görüşəcək, həmçinin ticarət-iqtisadi əməkdaşlığın inkişafını müzakirə edəcək", — deyə məlumatda bildirilib.
Bir neçə saat əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Putin sammit çərçivəsində Pezeşkian və Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşlər keçirəcək. Rusiya liderinin həmçinin Mozambik Respublikasının Prezidenti Daniel Şapu, Ekvatorial Qvineyanın rəhbəri Teodoro Obianq Nqema Mbasoqo və Liviyanın Prezident Şurasının sədri Məhəmməd Mənfi ilə də danışıqları planlaşdırılır.
Sammiti oktyabrın 27-də Moskvada keçiriləcək.
QAZİLER.AZ

