Ərzaq təhlükəsizliyi ilə bağlı artan narahatlıqlar fonunda Hörmüz boğazı vasitəsilə gübrə tədarükü sıfıra enib.
Qaziler.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və dəniz analitikası ilə məşğul olan "AXSMarine" şirkətinin təqdim etdiyi gəmilərin izlənilməsi məlumatlarına görə, 2026-cı ilin sentyabr və oktyabr aylarında Hörmüz boğazından gübrə daşınması tamamilə dayanıb və sıfıra enib.
"Sərhədsiz Ticarət" nəşrinin verdiyi məlumata görə, qrafikdə əks olunan tədarük həcmi indeksi yanvarda 2960, fevralda isə 2531 bənd təşkil edib, daha sonra isə mart ayında kəskin şəkildə 1064-ə düşüb.
Aprel ayında bu göstərici daha da azalaraq 278-ə, mayda 225-ə enib, iyunda qısamüddətli artımla 343-ə yüksəlsə də, iyulda 87-yə, avqustda isə 62-yə düşüb.
Sentyabr ayına qədər indeks sıfır həddinə çatıb və oktyabrda da bu səviyyədə qalmaqdadır. Qeyd olunub ki, bu, dünyanın bir çox ölkələrində kənd təsərrüfatına vurulan çox ağır bir zərbədir.
QAZİLER.AZ

