Ukrayna təxminən bir aydır ki, Pentaqon katibi Pit Heqsetin "Patriot" və NASAMS üçün raketlərə imza atmasını gözləyir.
Buna görə də Kiyev bu məsələ ilə bağlı Vaşinqtonla danışıqlar aparacaq.
Bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.
Dövlət başçısı Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi rəhbərlərinin, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Ali Komandanının hava hücumundan müdafiə üçün tutucu qurğuların təchizatı ilə bağlı vəziyyət barədə hesabatından danışıb.
"Biz bir neçə istiqamətdə iş aparırıq: ABŞ, Avropa və ehtiyatında PAC-2 və PAC-3 raketləri olan digər tərəfdaşlarla danışıqlar aparırıq. Xüsusilə, təxminən bir aydır ki, cənab Heqsetin 'Patriot' və 'NASAMS' sistemləri üçün raketlərin tədarükünə dair sənədi imzalamasını gözləyirik. Bu məsələni Amerika tərəfi ilə yenidən müzakirə etməyi tapşırmışam", — deyə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Prezident əlavə edib ki, Ukrayna hava hücumundan müdafiə üçün raketlərlə bağlı digər ölkələrlə müzakirələr davam edir.
QAZİLER.AZ

