Rusiyanın Voronej şəhərinə hücum nəticəsində ölənlərin sayı artıb

Rusiyanın Voronej şəhərinə hücum nəticəsində ölənlərin sayı artıb backend

Rusiyanın Voronej şəhərinə Ukrayna dronlarının hücumu nəticəsində ölənlərin sayı üçə çatıb.

Qaziler.az Rusiya mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Qusev bildirib.

Daha əvvəl Voronej qubernatoru şəhərə edilən dron hücumunda iki nəfərin öldüyünü və daha 17 nəfərin yaralandığını bildirmişdi. O, Voronej ətrafındakı bir əraziyə edilən hücumda yaralananların əksəriyyətinin qatarda olduğunu bildirib. Hazırda yaralananlara tibbi yardım göstərilir.

Daha sonra Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov 26 oktyabr gecəsi Voronej vilayətinə edilən hücumda yaralanan beş nəfərin ambulator müalicə alacağını açıqladı. O əlavə etdi ki, daha dörd yaralı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta-ağırdır.

QAZİLER.AZ