İran XİN rəhbəri: "Geosiyasi gərginlik və enerji tədarükündəki fasilələr qlobal fəsadlara yol açır"

İran XİN rəhbəri: "Geosiyasi gərginlik və enerji tədarükündəki fasilələr qlobal fəsadlara yol açır" backend

Geosiyasi gərginlik və enerji ehtiyatlarının tədarükündə yaşanan axsamalar qlobal miqyasda fəsadlar törədir, özünü Avropa ölkələrindəki etiraz aksiyalarında və yanacağın bahalaşmasında büruzə verir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi deyib.

İslam Respublikasının XİN rəhbəri əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, habelə davam edən hərbi təhdidlər Hörmüz boğazının bağlanmasına və xüsusilə Asiyada qlobal qaz tədarükünün pozulmasına səbəb olub. O, həmçinin Avropada qazın qiymətinin kəskin artdığını və qış ərəfəsində anbarlardakı ehtiyatların ötən illə müqayisədə daha aşağı səviyyədə olduğunu diqqətə çatdırıb.

Araqçi yanacaq istehsalçılarını dialoqu gücləndirməyə, tədarük marşrutlarını şaxələndirməyə, həyati əhəmiyyətli infrastrukturu qorumağa və geosiyasi təlatümlərin qlobal enerji bazarlarına təsirini azaltmaq üçün praktiki mexanizmlər yaratmağa çağırıb.

QAZİLER.AZ