Yaxın Şərqdə "xərclənən" "Patriot" raketləri Ukrayna üçün bir neçə il kifayət edərdi - İqnat

Yaxın Şərqdə "xərclənən" "Patriot" raketləri Ukrayna üçün bir neçə il kifayət edərdi - İqnat backend

Yaxın Şərqə görə Ukraynanın "Patriot" raketləri tükənib: Hava Qüvvələri taktikanın necə dəyişdiyini açıqlayıb

Əgər raket-tutucuların böyük bir hissəsi Yaxın Şərqdə xərclənməsəydi, Ukraynanın bir neçə illik "Patriot" raketi ehtiyatı ola bilərdi. Bununla belə, qazanılan döyüş təcrübəsi Ukrayna Silahlı Qüvvələrinə bu sistemlərin tətbiq taktikasını dəyişməyə kömək edib.

Qaziler.az "RBK-Ukrayna"ya istinadən bildirir ki, bu barədə Ukrayna Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat bəyan edib.

Hərbi rəsmi izah edib ki, Ukrayna hərbçiləri genişmiqyaslı müharibə dövründə ABŞ istehsalı olan komplekslərin tətbiq yanaşmalarını dəyişiblər. Xüsusilə, onlar "Patriot" sistemlərindən müxtəlif taktik vəziyyətlərdə istifadə etməyi və bahalı raket-tutucuları daha səmərəli xərcləməyi öyrəniblər.

Yuri İqnatın sözlərinə görə, Ukraynanın "Patriot" tətbiqi sahəsindəki təcrübəsi digər ölkələrin yanaşmalarından əhəmiyyətli dərəcədə fərqlənir. Buna misal olaraq, kompleksin təkcə stasionar mövqelərdən deyil, həm də pusqu qurmaq və ardınca yerini dəyişmək məqsədilə operativ istifadəsini göstərmək olar.

"Məsələn, 'Patriot' sistemini amerikalıların aerodromlarda və ya hərbi bazalarda saxladığı kimi stasionar kompleks formasında deyil, şərti olaraq "gəzəyən" statusda tətbiq etmək mümkündür: onu pusquya qoymaq, düşmənin beş təyyarəsini vurmaq və xəsarət almadan geri qayıtmaq olar", - deyə Hava Qüvvələrinin rəsmisi aydınlıq gətirib.

O, həmçinin Bryansk vilayətində baş vermiş hadisəni xatırladaraq, bunu Ukrayna hərbçilərinin ABŞ-ın hava hücumundan müdafiə sistemlərindən istifadə imkanlarına dair uğurlu bir nümunə kimi göstərib.

QAZİLER.AZ