Əminə Ərdoğan Özbəkistan səfəri ilə bağlı paylaşım edib - VİDEO

Əminə Ərdoğan Özbəkistan səfəri ilə bağlı paylaşım edib - VİDEO backend

Əminə Ərdoğan sosial media hesabında Özbəkistan səfəri ilə bağlı paylaşım edib.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

"Ümid edirəm ki, Özbəkistana səfərimiz uşaqların rifahına üstünlük verən yeni addımlara gətirib çıxaracaq və ölkələrimiz arasında həmrəyliyi gücləndirəcək", - Əminə Ərdoğan paylaşımında bildirib.

Ərdoğan paylaşımında səfər zamanı qatıldığı proqramlardan görüntüləri özündə əks etdirən video da paylaşıb.

Videoda onun dünya liderlərinin həyat yoldaşlarının qatıldığı "Uşaqların rifahına investisiya: gələcək nəsillər üçün davamlı və ədalətli inkişafa doğru yol" dünya sammiti çərçivəsində Səmərqənddə keçirilən sessiyadakı çıxışından təfərrüatlar yer alır.

QAZİLER.AZ