Oktyabrın 23-ü günortadan sonra Rusiya Çerniqovda bir müəssisəyə dronlarla hücum edib. Bir nəfər ölüb. Yaralılar var. Dağıntılar altında insanların ola biləcəyi ehtimalı var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna telekanalı Çerniqov Şəhər Hərbi Administrasiyasının rəhbəri Dmitri Brijinskiyə istinadən Telegram vasitəsilə məlumat verib.
Brıjinski əvvəlcə düşmənin Çerniqovda yerləşən "Nova Poçta" terminalına hücum etdiyini bildirib.
Lakin o, daha sonra Rusiyaya məxsus dronun şəhərdəki müəssisələrdən birinin ərazisinə düşdüyünü qeyd edib.
Sonradan rəsmi şəxs məlumatları yeniləyib.
Düşmən zərbəsi nəticəsində müəssisəyə ziyan dəyib. İnsanların dağıntılar altında qaldığı güman edilir.
Yenilənib 15:21
Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb; onlar xəstəxanaya aparılıb.
Yaralanan daha iki nəfərə təcili tibbi yardım göstərilir.
Yenilənib 15:45
Rusiya zərbəsi nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.
QAZİLER.AZ

