Ukrayna işğal olunmuş ərazilərdən daha yeddi mülki şəxsi geri qaytarıb. Onların arasında hərəkət məhdudiyyəti olan 90 yaşlı bir qadın da var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinetsə istinadən məlumat verib.
"Rusiya İnsan Hüquqları üzrə Komissarı Yana Lantratova ilə humanitar ünsiyyət kanalım sayəsində mülki şəxslərin qarşılıqlı qayıtması barədə razılığa gələ bildik", - Lubinets deyib.
Onun sözlərinə görə, yeddi ukraynalı Ukraynanın nəzarətində olan əraziyə qayıdıb. Yeddi mülki şəxs də BQXK-nın dəstəklədiyi ailələrin birləşdirilməsi səylərinin bir hissəsi olaraq Rusiyaya yola düşüb.
QAZİLER.AZ

