Rusiya və Ukrayna "270-in 270-ə" formulası ilə növbəti əsir mübadiləsi həyata keçiriblər.
Qaziler.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyindən vurğulanıb ki, əsirlikdən geri qaytarılan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədirlər. Onlarla insan hüquqları üzrə ombudsman Yana Lantratova işləyir.
Xatırladaq ki, Moskva ilə Kiyev arasında "103-ün 103-ə" formulası ilə sonuncu böyük əsir mübadiləsi bu il avqustun 19-da baş tutmuşdu. Həmin vaxt mübadilə prosesində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəçilik etmişdi.
QAZİLER.AZ

