"Volvo Cars" satışlarının kəskin azalması səbəbindən 2500 nəfəri işdən çıxaracaq
İsveçin avtomobil istehsalçısı "Volvo Cars" satışların və əməliyyat mənfəətinin kəskin şəkildə aşağı düşməsi səbəbindən 2500 əməkdaşını işdən azad edəcək.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, şirkətin 2026-cı ilin üçüncü rübü üzrə dərc etdiyi maliyyə hesabatında bu barədə məlumat yer alıb.
Məlumata görə, avtokonsernin rüblük mənfəəti 5,6 milyard krona (564,82 milyon dollar), ümumi dövriyyəsi isə 66,9 milyard krona (6,75 milyard dollar) qədər azalıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5 milyard kron daha azdır. Cari ilin əvvəlindən bəri "Volvo Cars"ın səhmləri Stokholm Fond Birjasında 50%-dən çox dəyər itirib. Yaranmış vəziyyətlə əlaqədar rəhbərlik 2 mini İsveçdə olmaqla, ümumilikdə 2500 iş yerinin ixtisarını nəzərdə tutan yeni qənaət paketi elan edib. Qeyd olunub ki, şirkət ötən il də təxminən 3 min əməkdaşı ilə yollarını ayırmışdı.
Xəbərdə həmçinin diqqətçəkən digər məqam ondan ibarətdir ki, Rusiyanı tərk edən "Volvo" şirkəti 2026-cı ilin sentyabrında bu ölkədə öz əmtəə nişanını 2035-ci ilin dekabrına qədər qüvvədə olmaqla yenidən qeydiyyatdan keçirib.
QAZİLER.AZ

