Moskvada tülkülər aktivləşib

Moskvada tülkülər aktivləşib backend

Moskvada tülkülərin son vaxtlar müşahidə olunan yüksək aktivliyi heyvanların cütləşmə dövrünün başlaması və tərəfdaş axtarışı ilə bağlıdır.

Qaziler.az bildirir ki, TASS agentliyinin məlumatına görə, bu barədə paytaxtın Təbiətdən İstifadə və Ətraf Mühitin Mühafizəsi Departamentindən bildirilib.

Rəsmilər qeyd edib ki, hazırda tülkülər öz hərəkət marşrutlarını xeyli genişləndirir, həmçinin daha tez-tez xarakterik səslər çıxarırlar. Bu səbəbdən onlar yaşayış sahələrində və parklarda insanlardan çəkinmirlər. Bu müvəqqəti davranış növü heyvanların aqressiv olmasından xəbər verməsə də, mütəxəssislər onlara yaxınlaşmamağı tövsiyə edirlər.

Qeyd olunub ki, elə oktyabrın sonunda Botanika bağından gələn bir tülkü torpağı qazaraq Ümumrusiya Sərgisinin (VDNX) nəzdindəki "Şəhər ferması"ndan "Mazay" adlı xoruzu qaçırmağa cəhd edib. Ferma əməkdaşları vəziyyəti vaxtında fərq edərək xoruzu xilas edə biliblər.

QAZİLER.AZ