Tramp ilə aramızda şəxsi problem yoxdur, amma sanksiyaların ləğvinə qarşıyam – Zelenski

Tramp ilə aramızda şəxsi problem yoxdur, amma sanksiyaların ləğvinə qarşıyam – Zelenski backend

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə münasibətlərinin detallarını açıqlayaraq aralarında heç bir şəxsi ixtilafın olmadığını bildirib.

Qaziler.az bildirir ki, "RBC-Ukrayna"nın məlumatına görə, dövlət başçısı bu barədə CNN telekanalına verdiyi müsahibəsində danışıb.

Zelenski qeyd edib ki, ABŞ ilə münasibətlərdəki bəzi gərginliklər Tramp ilə şəxsi əlaqələrdən qaynaqlanmır. Əsas məsələ Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi ehtimalıdır ki, bu da Rusiya diktatoru Vladimir Putini daha da gücləndirə bilər.

"Mənim Putinə qarşı mövqeyim tamamilə aydındır. Hesab edirəm ki, sanksiyaları ləğv etsək, biz onu daha güclü etmiş olacağıq. Bu, mənimlə prezident Tramp arasında şəxsi xarakter daşıyan bir məsələ deyil və təbii ki, mən sanksiyaların hər hansı bir formada ləğvinin əleyhinəyəm", - deyə Ukrayna lideri vurğulayıb.

QAZİLER.AZ