Moskva İrəvanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmanın risklərini dərk edəcəyinə ümid edir.
Qaziler.az bildirir ki, "Sputnik Ermənistan"ın məlumatına görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib.
Rusiya rəsmisi vurğulayıb ki, Avropa İttifaqı bu birliyə daxil olmaq istəyini bəyan edən və ya üzvlüklə namizəd olan bütün ölkələrə ciddi təzyiqlər göstərir. Qruşkonun sözlərinə görə, Aİ həmin dövlətlərdən öz subyektliyindən imtina etməyi və hələ rəsmi üzv olmazdan əvvəl mütləq şəkildə ittifaqın ümumi xarici siyasətinə qoşulmağı şərt olaraq tələb edir.
Nazir müavini həmçinin qeyd edib ki, bu çərçivədə verilən bəyanatların 80%-i birbaşa Rusiyaya qarşı yönəlib, bu səbəbdən də İrəvanın mövcud riskləri görməməsi sadəcə qeyri-mümkündür.
QAZİLER.AZ

