Moldovanın hərəkətləri tanınmamış Dnestryanı Moldova Respublikasında (DMR) yeni hərbi toqquşmaya səbəb ola bilər.
"RİA Novosti" agentliyinin məlumatına görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski Kişinyova xəbərdarlıq edib.
Polyanskinin sözlərinə görə, Moldovanın Dnestryanı bölgəyə qarşı tətbiq etdiyi yeni vergi siyasəti regionun iqtisadiyyatını çökdürməyə yönəlib və bu addımlar Rusiya təsirinə qarşı mübarizə bəhanəsi ilə həyata keçirilir.
Rusiya rəsmisi bəyan edib ki, Kişinyov rəhbərliyi Dnestryanı münaqişəsinin nizamlanması üçün yaradılmış mövcud mürəkkəb konstruksiyanı məqsədyönlü şəkildə dağıtmağa çalışır və bu xətt qaçılmaz olaraq hərbi qarşıdurmaya gətirib çıxaracaq.
QAZİLER.AZ

