Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər Ermənistan xalqı ölkənin yeni konstitusiyasının qəbulunu dəstəkləməzsə, onun siyasi missiyası "tükənmiş" olacaq.
Qaziler.az xəbər verir ki, Ermənistan hökumət başçısının brifinqdəki sözlərini "İnterfaks" sitat gətirib.
Yeni konstitusiyanın qəbulu üçün Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının respublika parlamentində konstitusiya çoxluğu çatmır. Bununla əlaqədar olaraq baş nazirə müxalif deputatların dəstəyi lazımdır.
"Müxalifətdəki həmkarlarımızı bunun çox vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq", — deyə Ermənistanın baş naziri qeyd edib.
O əlavə edib ki, əgər müxalifətlə razılığa gəlmək mümkün olmasa, "Mülki Müqavilə" başqa yolla gedəcək və yeni konstitusiyanın qəbulu üçün ölkədə növbədənkənar seçkilər keçirəcək.
"Əgər Ermənistan xalqı hökumət tərəfindən elan edilmiş sülh erasının, yeni Konstitusiyanın qeyri-real olduğunu hesab etsə, o zaman hansısa məqamda mənim siyasi missiyamın tükəndiyi məlum ola bilər", — Paşinyan əlavə edib.
QAZİLER.AZ

