Paşinyan Ermənistan iqtisadiyyatında növbəti rekordları açıqladı

Paşinyan Ermənistan iqtisadiyyatında növbəti rekordları açıqladı backend

Qeydə alınmış iş yerlərinin sayında rekord qeydə alınıb.

Qaziler.az Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-də hökumətin iclasında bəyan edib.

O izah edib ki, sentyabrda avqust ayı ilə müqayisədə bu göstərici 15 min, ötən ilin sentyabrı ilə müqayisədə isə 39 751 (4,1%) vahid artıb.

Onun sözlərinə görə, sentyabr ayı ilə müqayisədə orta əməkhaqqı 28 518 dram və ya 7% artıb, inqilabdan əvvəlki 2017-ci ilin sentyabr ayı ilə müqayisədə isə iş yerlərinin sayı 311 mindən çox artıb.

"Ermənistanda iqtisadi aktivlik hətta vizual olaraq da nəzərə çarpır", — deyə Paşinyan əlavə edib.

O bildirib ki, 2025-ci ilin yekunlarına görə, ÜDM 2018-ci illə müqayisədə 54% artıb.

QAZİLER.AZ