Ermənistan azan azərbaycanlı çobanla bağlı açıqlama yaydı – Geri qaytarılır

Ermənistan azan azərbaycanlı çobanla bağlı açıqlama yaydı – Geri qaytarılır backend

Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının Ermənistan Respublikasının sərhədini keçdiyini təsdiqləyib.

Qaziler.az “News.am”a istinadla xəbər verir ki, bu haqda Ermənistan MTX məlumat yayıb.  Açıqlamada sərhədi keçən Azərbaycan vətəndaşının adı da açıqlanıb.

“19 oktyabr 2026-cı il tarixində, saat 17:50 radələrində Ermənistan Respublikası ərazisində (Tavuş vilayəti) Tovuz rayonunun Çataq kənd sakini, 1968-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Qasımov Yaşar Əli oğlu aşkar edilib.

Həyata keçirilmiş yoxlama tədbirləri nəticəsində məlum olub ki, Azərbaycan Respublikasının vətəndaşı azaraq Ermənistan Respublikasının ərazisinə keçib.

Azərbaycan Respublikası vətəndaşının geri qaytarılması məqsədilə müvafiq addımlar atılır”, — MTX-nin məlumatında deyilir.

QAZİLER.AZ