İstanbulda sirli hadisə - Evdə 26 yaşlı gəncin cəsədi tapıldı - VİDEO

İstanbulda sirli hadisə - Evdə 26 yaşlı gəncin cəsədi tapıldı - VİDEO backend

İstanbulun Büyükçekmece rayonunda silah səsləri eşidilməsi üzərinə hərəkətə keçən polis əməkdaşları daxil olduqları evdə bir nəfərin öldüyünü, bir nəfərin isə yaralandığını müəyyən ediblər.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, hadisə rayonun Cümhuriyyət məhəlləsində yerləşən mənzillərdən birində qeydə alınıb. Evə baxış keçirən asayiş keşikçiləri 26 yaşlı Yasin Binarcı və 20 yaşlı M.İ.-nin güllə yaraları aldığını təyin ediblər. Hadisə yerinə gələn tibb işçilərinin ilkin müdaxiləsinə baxmayaraq, Yasin Binarcının həyatını itirdiyi məlum olub.

Sözügedən ünvanda aparılan axtarışlar zamanı 3 ədəd tapança və müəyyən miqdarda narkotik maddə aşkar edilərək müsadirə olunub. Polis qrupları hadisənin hansı şəraitdə və nə səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün genişmiqyaslı təhqiqat işlərinə başlayıblar.

QAZİLER.AZ