Atəşkəs ehtimalı azdır, lakin Uitkoffla görüşlərdən sonra danışıqlar bərpa oluna bilər - Mənbə

Atəşkəs ehtimalı azdır, lakin Uitkoffla görüşlərdən sonra danışıqlar bərpa oluna bilər - Mənbə backend

Ukrayna tərəfi danışıqların növbəti mərhələsi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Sankt-Peterburqa səfəri nəticəsində "enerji atəşkəsi"nin əldə olunma ehtimalını az qəbul edir.

Qaziler.azbildirir ki, bu barədə "RBC-Ukrayna" agentliyinə məlumatlı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Ukrayna Uitkoffun Rusiya lideri Vladimir Putinlə danışıqlarının nümayəndə heyətləri səviyyəsində dondurulmuş diplomatik xəttin yenidən aktivləşməsini uğurlu nəticə hesab edəcək. İdeal variantda isə deskalasiya metodları üzrə siyasi razılığın alınması hədəflənir. Lakin rusiyalılar hazırda cəbhədə üstünlüyə malik olduqlarını düşündükləri üçün "atəşkəs" sözünə mənfi reaksiya verir və Ukraynaya fasilə vermək niyyətində deyillər.

Bildirilir ki, tərəflər arasında yaranan total inamsızlıq fonunda hətta əvvəllər 48 saat ərzində təşkil edilə bilən texniki nümayəndə heyətləri səviyyəsindəki adi təmaslar belə hazırda böyük hadisəyə çevrilib və Rusiyanın Təhlükəsizlik Şurasında müzakirə mövzusudur. Sülh istiqamətində irəliləmək üçün ilk növbədə inamın bərpası üçün baza tədbirlərinin görülməsi vacib sayılır.

QAZİLER.AZ