Ukrayna ordusunun "Vivaldi" əməliyyatı Rusiyanın Donetsk planlarını alt-üst etdi" - ISW-dən son hesabat

Ukrayna ordusunun "Vivaldi" əməliyyatı Rusiyanın Donetsk planlarını alt-üst etdi" - ISW-dən son hesabat backend

"Vivaldi" əməliyyatı və Ukrayna Silahlı Qüvvələrinin 2026-cı ildəki digər əks-hücum əməliyyatları Ukraynaya bütün cəbhə xətti boyu operativ təşəbbüsü ələ keçirməyə, həmçinin Rusiya ordusunun irəliləməsini faktiki olaraq bloklamağa imkan verib.

Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Müharibə Araşdırmaları İnstitutu"nun (ISW) hesabatına istinadən məlumat yayıb.

Amerikalı analitiklərin məlumatına görə, "Vivaldi" əməliyyatı Rusiyanın Donetsk vilayətini tamamilə ələ keçirmək planlarını alt-üst edib.

 Ukrayna ordusunun əks-hücumu düşmənin Ukrayna müdafiə xəttini şimaldan dolanaraq onu mühasirəyə almaq cəhdinin qarşısını alıb.
Məlumata görə, Ukrayna Müdafiə Qüvvələri Jerebets çayı sahilinə çıxıblar ki, bu da cəbhə xəttinin uzunluğunu qısaltmağa və müdafiəni daha əlverişli mövqelərdə təşkil etməyə şərait yaradıb.

Bunun sayəsində Ukrayna hərbçiləri cəbhənin daha kiçik bir hissəsində daha çox piyada qüvvəsi cəmləşdirə, həmçinin pilotsuz uçuş aparatları (PUA) və artilleriyadan daha səmərəli istifadə edə bilirlər.

QAZİLER.AZ