Həştərxanda minik avtomobili ilə avtobus toqquşdu: Yaralılar var

Həştərxanda minik avtomobili ilə avtobus toqquşdu: Yaralılar var backend

Həştərxanda minik avtomobili ilə avtobusun toqquşması nəticəsində yeddi nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə 21 oktyabrda Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə mətbuat xidməti məlumat verib.

"İlkin məlumatlara görə, avtomobili idarə edən qadın idarəetməni itirib, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxıb və avtobusla toqquşub", - idarədən TASS-a verilən məlumatda deyilir.

Regional Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza "Tri Kota" ticarət mərkəzinin yaxınlığında baş verib. İlkin məlumatlara görə, yeddi nəfər xəsarət alıb.

QAZİLER.AZ