Kiyevdə səhər saatlarında partlayış səsləri eşidilib. Rusiya qüvvələrinin paytaxtın Svyatoşinski rayonunda yerləşən 24 mərtəbəli yaşayış binasına zərbə endirdiyi bildirilir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev meri Vitali Kliçkonun və Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatlarına istinadən xəbər verib.
Kliçko bildirib ki, zərbə binanın 20-ci mərtəbəsinə düşüb və yanğın başlayıb. Hadisə yerinə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində ilkin olaraq bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığı bildirilib.
QAZİLER.AZ

