Qazaxıstanlı qadın Şakiranın eynəyini tutdu və ulduzun aksesuarı üçün 11 milyon dollarlıq təklif aldı

Qazaxıstanlı qadın Şakiranın eynəyini tutdu və ulduzun aksesuarı üçün 11 milyon dollarlıq təklif aldı backend

Qazaxıstanın Taraz şəhərindən olan 22 yaşlı Nazifat Bişkəkdə keçirilən konsertdə dünyaca məşhur ulduz Şakiranın eynəyini tutmağı bacarıb.

"Tengri Life" nəşrinin məlumatına görə, bu uğurlu hadisədən sonra gənc qıza eynək müqabilində 25 min dollar (təxminən 11,2 milyon tengə) təklif edilsə də, o, bu bənzərsiz hədiyyəni satmaqdan imtina edib.

Nazifatın sözlərinə görə, o, konserti videoya çəkərkən eynəyin onun istiqamətinə tərəf uçduğunu görüb: "Heç eynəyin düşdüyü yerə baxmadan əlimi geriyə uzatdım və onu hiss edib özümə tərəf çəkdim. Əvvəlcə baxdım və gözlərimə inana bilmədim". Bu hadisə sosial şəbəkələrdə yayıldıqdan sonra qıza eynəyi pulla almaq istəyənlərdən, hətta evlilik təklifi edənlərdən çoxsaylı mesajlar gəlməyə başlayıb.

Lakin gənc qız dünya ulduzunun hədiyyəsini satmağı qətiyyən planlaşdırmadığını və gələcəkdə onu özünün taxacağını bildirib.

Xatırladaq ki, Şakira oktyabrın 18-də "Bişkək Arena" stadionunda özünün Mərkəzi Asiyadakı ilk konsert proqramı ilə çıxış edib. "Las Mujeres Ya No Lloran World Tour" adlı dünya turnesi çərçivəsində baş tutan möhtəşəm şounu izləmək üçün 33 ölkədən 40 mindən çox tamaşaçı toplaşıb.

QAZİLER.AZ