Ankarada dəhşətli qəza: Sərnişin avtobusu üst keçidə çırpıldı, 24 yaralı

Ankarada dəhşətli qəza: Sərnişin avtobusu üst keçidə çırpıldı, 24 yaralı backend

Ankaranın Etimesgut rayonunda EGO sərnişin avtobusunun piyada üst keçidinin dayağına çırpılması nəticəsində, ilkin məlumatlara görə, 24 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Məlumata əsasən, Erler məhəlləsi 2453-cü küçə ilə Etimesgut istiqamətində hərəkət edən 530-1 nömrəli xətt üzrə çalışan avtobus idarəetmədən çıxaraq piyada üst keçidinin dayağına çırpılıb.

Hadisə yerinə dərhal çoxlu sayda polis, yanğınsöndürən və tibb heyəti cəlb olunub.

Qəzanın şiddətindən avtobusda sıxılıb qalan sürücü xilasedicilərin müdaxiləsi ilə çıxarılaraq təcili tibbi yardım qruplarına təhvil verilib. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 sərnişin ilkin tibbi yardımdan sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

QAZİLER.AZ