Türkiyə MİT rəhbəri Tripolidə: Liviyanın vahid rəhbərlik altında birləşdirilməsi müzakirə olundu

Türkiyə MİT rəhbəri Tripolidə: Liviyanın vahid rəhbərlik altında birləşdirilməsi müzakirə olundu backend

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Tripolidə Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə ilə görüşüb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, tərəflər Liviyanın şərqi və qərbinin vahid rəsmi idarəçilik altında birləşdirilməsi, ölkənin ərazi bütövlüyünün qorunması və dəniz yurisdiksiyası sahələrinin razılaşdırılmasının təsdiqi məsələlərini müzakirə ediblər.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Kalın və Dibeybə Liviyada qalıcı sülhün təmin olunması, siyasi və hərbi proseslərin qarşılıqlı konsensusla başa çatdırılması istiqamətindəki səyləri qiymətləndiriblər. Görüşdə Liviya regionlarının yekun birliyinin vacibliyi vurğulanıb və Ankaranın Tripoli ilə hər səviyyədə əməkdaşlığı gücləndirmək iradəsi ifadə olunub.

Baş nazir Dibeybə Liviyanın təhlükəsizliyinə verdiyi mühüm töhfələrə görə Türkiyəyə təşəkkürünü bildirib. O, növbəti dövrdə də ölkəsinin ərazi bütövlüyünü qorumaq üçün Türkiyə ilə ortaq şəkildə hərəkət etməyə tam hazır olduqlarını diqqətə çatdırıb.

QAZİLER.AZ