Qırğız opera müğənnisi Kayırgül Sartbayeva vəfat edib

Qırğız opera müğənnisi Kayırgül Sartbayeva vəfat edib backend

Sovet və qırğız opera müğənnisi, SSRİ xalq artisti Kayırgül Sartbayeva Qırğızıstanda vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə K. Moldobasanovo adına Qırğız Milli Konservatoriyası onun ölümü haqda 20 oktyabrda məlumat verib.

"Onun vəfatı ilə qırğız incəsənəti ən parlaq ulduzlarından birini, istedadı səhnədən çox kənara çıxan və adı yüksək bacarıq, gözəl səs və sənətə fədakar xidmətin simvoluna çevrilən görkəmli bir şəxsiyyəti itirdi", - məlumatda deyilir.

Qeyd edək ki, opera müğənnisi Sartbayeva 20 iyun 1936-cı ildə Qara-Bulak kəndində anadan olub.

QAZİLER.AZ